Sumqayıtda fəhlə işlədiyi zavodda ölüb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə Boru Yayma zavodunda qeydə alınıb.
Müəssisənin istehsalat sahəsində işləyən 1989-cu il təvəllüdlü Elşən Rasim oğlu Hacıyevin başına boru düşüb. O, aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı araşdırma aparılır.